Suriya Prezidenti Bəşər Əsədin gələcək aqibəti ilə bağlı Rusiya və ABŞ arasında razılıq əldə olunması barədə yayılan məlumatlar yalandır. Həqiqətə uyğun olmayan xəbərlər mediaya ABŞ tərəfindən sızdırılıb.
Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər naziri Sergey Lavrov jurnalistlərə açıqlamasında deyib.
Qeyd edək ki, media orqanları Bəşər Əsədin gələcək aqibəti ilə bağlı ABŞ və Rusiya arasında gizli razılıq əldə olunduğu barədə məlumatlar yaymışdı.
Məlumatlarda Suriya liderinin müəyyən müddətdən sonra digər ölkələrə qaçacağı göstərilir.




