ABŞ-ın Asiya, Latın Amerikası və Afrika ölkələrinə qarşı siyasəti “kəmərdən aşağı” şantajdır. Elchi.az Lent.ru-ya istinadən xəbər verir ki, bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Prensa Latina” agentliyinə müsahibəsində deyib.
Nazirin sözlərinə görə, Vaşinqton inkişaf etməkdə olan ölkələri daim kreditlərin alınmasında problem yaradacağı vədləri və Rusiyaya qarşı sanksiyaların və Rusiyanı pisləyən qətnamələrin dəstəklənməsi üçün ultimatum tələbləri şəklində “vicdansız, sözün əsl mənasında qanqster üsulları” ilə hədələyir.
“Bunu diplomatiya adlandırmaq olmaz. Bu, beldən aşağı sırf şantajdır”, – deyən Lavrov, hətta soyuq müharibə dövründə belə bir şeyin olmadığını vurğulayıb.
Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri ABŞ-ın öz siyasətində bütün ədəb xətlərini keçdiyini bildirib.
Havar Şəfiyeva






