Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün Fransaya səfər edəcək. Səfər zamanı Lavrovun fransız həmkarı Jan – Jak Eyro ilə Qarabağı müzakirə edəcəyi gözlənilir.
`RİA Novosti” xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib.
Zaxarova, nazirin fransalı həmkarı ilə görüş keçirəcəyini vurğulayıb: “Görüşdə Dağlıq Qarabağ münaqişəsi, Ukrayna böhranı və Suriyadakı vəziyyət müzakirə olunacaq”.




