Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Braziliyalı həmkarı Mauru Vieyra ilə Fələstin-İsrail münaqişəsini müzakirə edib. Elchi.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəsmi saytında məlumat verilib.
Qeyd olunur ki, tərəflər gərginliyin azaldılması üçün mümkün addımları müzakirə ediblər. “Rusiya tərəfi qeyd edib ki, Yaxın Şərq nizamlanması prosesinin hamılıqla tanınmış beynəlxalq hüquqi əsasları vasitəsilə qarşılıqlı məqbul həll yollarının axtarışına qayıtmağa alternativ yoxdur”, – deyə mətndə deyilir.
Bundan əlavə, nazirlər ikitərəfli formatda cari qarşılıqlı fəaliyyət məsələlərini nəzərdən keçiriblər.
Havar Şəfiyeva






