
“İŞİD yalnız xristianlara qarşı repressiyalar törətmir. İŞİD həm şiələrə, həm xristianlara, həm də yezidlərə eyni qəddarlıqla yanaşır. Biz əlbəttə, İŞİD-in arxasında kimin dayandığını başa düşürük. İŞİD-i yaradanlar heç də dindarlar deyil. Onlar Lissabondan Pakistana qədər xilafət qurmaq, dövlət yaratmaq niyyətindədirlər. Bunu dəfələrlə bəyan ediblər. İŞİD-ə Səddam Hüseyn ordusunun keçmiş generalları rəhbərlik edir. Bu generallar 2003-cü ildə İraq işğal edilərkən Amerikanın tərəfini tutublar”.



