Rusiyanın xarici işlər naziri Sergey Lavrov Mozambikin paytaxtı Maputoya səfər edib.
Elchi.az bu barədə TASS.ru-ya istinadən bildirir.
Qeyd olunur ki, Lavrovun Afrika turnesi Mozambikdə davam edəcək. Maputoda Rusiya xarici işlər naziri Afrika ölkəsinin siyasi rəhbərliyi ilə danışıqlar aparmaq niyyətindədir.
Mozambik Lavrovun Afrika turnesi çərçivəsində səfər etdiyi üçüncü ölkədir. Nazir bundan əvvəl Keniya və Burundiyə səfər edib. Və Mozambikdən sonra o, Cənubi Afrikaya uçacaq və orada BRİKS Xarici işlər nazirlərinin toplantısında iştirak edəcək.
Qeyd edək ki, Mozambik Afrikanın cənub-şərqində yerləşir, ölkə Tanzaniya, Zambiya, Malavi, Zimbabve, Cənubi Afrika və Svazilendlə həmsərhəddir.
Yeganə






