Şimal Atlantika Alyansı SSRİ və Varşava müqaviləsi təşkilatı dağılandan sonra yeni ərazilər mənimsəmək üçün saxlanılan sırf geosiyasi layihədir.
Elchi.az-ın məlumatına görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov jurnalist Vladimi Solovyova müsahibəsində bildirib.
“NATO hazırda Varşava Müqaviləsi Təşkilatının yoxa çıxmasından və Sovet İttifaqının dağılmasından sonra sahibsiz qalan əraziləri mənimsəmək üçün sırf geosiyasi layihədir. Onlar bununla məşğuldurlar”, – deyə Rusiya XİN başçısı vurğulayıb.
Lavrov Rusiya-NATO Şurasının iclasında Rusiyadan yüksək vəzifəli hərbçilərin iştirak edəcəyini söyləyib: “Moskva NATO-dan da bunu gözləyir”






