İsrailin Baş naziri Benyamin Netanyahunun Qəzzada məqsədləri Xüsusi Hərbi Əməliyyat zamanı denazifikasiya ilə eynidir, çünki Moskva və Təl-Əviv ekstremizmin aradan qaldırılması ideyasına sadiqdir. Elchi.az xəbər verir ki, bunu “Rossiya 24” telekanalına müsahibəsində Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.
“Netanyahu bəyan edib ki, HƏMAS bütün hərbi qüvvə kimi məhv edilməlidir. Bu demilitarizasiyaya bənzəyir. O, həmçinin bildirib ki, Qəzzada ekstremizm məhv edilməlidir. Bu, denazifikasiyaya bənzəyir”, – deyə diplomat bildirib.
Lavrov əlavə edib ki, bu səbəblərdən İsrailin əvvəlki baş naziri Yair Lapidin SVO-nun başlamasına tənqidi reaksiyası onu təəccübləndirib. O, həmçinin vurğulayıb ki, Netanyahu ona qarşı ittihamlara və vəziyyətin ümumi mürəkkəbliyinə baxmayaraq, Rusiya ilə bağlı belə bəyanatlar verməyə imkan vermir.
Havar Şəfiyeva






