Elchi.az xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri xatırladıb ki, Qərb liderləri Minsk razılaşmaları ilə bağlı da yalan danışıblar.
Qərb Donbassla bağlı Minsk razılaşmalarına əməl etmək öhdəliyi barədə yalan danışdığı kimi, “Şimal axını”nda partlayışlar haqqında da yalan danışır. Bunu çərşənbə günü, 2023-cü il fevralın 15-də Rusiya Federasiyasının Dövlət Dumasında çıxışı zamanı Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəhbəri Sergey Lavrov deyib.
Sadə dillə desək, hamı bizə yalan danışdı: indi də yalan danışaraq, Şimal axınında terror aktları ilə bağlı həqiqəti gizlədirlər”, – Lavrov vurğulayıb.
Xatırladaq ki, Almaniyanın keçmiş kansleri Angela Merkel Minsk razılaşmalarına əməl edilməsinin planlaşdırılmadığını bildirib. Siyasətçi iddia edir ki, onlar Ukraynaya ölkənin güclənməsi üçün vaxt verməyə icazə veriblər. Onun fikrincə, Kiyev buna nail olub.
Merkel Minsk razılaşmalarının Ukraynaya hərbi potensialını gücləndirmək üçün vaxt verdiyini deyən keçmiş Fransa prezidenti Ollandın fikirləri ilə razılaşıb.
Şayəstə




