Xarici işlər naziri Sergey Lavrov Qərbin Rusiyanın suverenlik hüququnu tanımasını və maraqlarını müdafiə etməsini dialoq üçün əvəzsiz şərt adlandırıb.
Elchi.az xəbər verir ki, xarici siyasət idarəsinin rəhbəri öz mövqeyini “Mejdunarodnaya jizn”dən olan jurnalistlə söhbətində səsləndirib.
“Qərb bir şeyi dərk etməlidir: Rusiya öz xalqını və həyati maraqlarını hər vasitə ilə qoruyacaq”, – Lavrov bildirib.
O, Qərblə Rusiya arasında qarşıdurmanın mənasız olduğunu və mübahisəli məsələlərin danışıqlar masası arxasında, diplomatiya yolu ilə həllinin mümkünlüyünü vurğulayıb.
“Yaxşı olar ki, rəqiblərimiz Rusiya ilə qarşıdurmanın tam mənasızlığını tez bir zamanda dərk etsinlər və maraqlar balansını təmin etmək üçün daha sivil, siyasi və diplomatik üsullara keçsinlər”, – Lavrov yekunlaşdırıb.
Nuranə Məmmədova




