“Liderlərin sayəsində Rusiya ilə Çin arasında münasibətlər görünməmiş səviyyəyə çatıb”.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov çinli həmkarı Vanq İ ilə danışıqlar zamanı deyib.
“Liderlərin sayəsində Rusiya-Çin hərtərəfli tərəfdaşlıq və strateji qarşılıqlı əlaqələr heç bir mübaliğəyə yol verilmədən görünməmiş səviyyəyə çatıb. Və Vladimir Putinin yenidən prezident seçilməsi ilə onların hərtərəfli möhkəmlənməsi üçün xəttin davamlılığı, əlbəttə ki, əldə edilib”, – deyə rusiyalı nazir bildirib.
O, əlavə edib ki, Rusiya və Çin arasında strateji tərəfdaşlıq hörmətli və etimadlı dialoq, eləcə də iki dövlətin əsas maraqlarına toxunan məsələlərdə qarşılıqlı dəstək prinsipləri əsasında qurulub.
“Dövrümüzün əsas problemlərinin həllinə Moskva və Pekinin yanaşmalarının yaxınlığı və ya üst-üstə düşməsi dünya miqyasında strateji koordinasiyanın gücləndirilməsi üçün zəmin yaradır”,- deyə Rusiya XİN rəhbəri vurğulayıb.
O, həmçinin qeyd edib ki, Rusiya Federasiyası ilə ÇXR arasında diplomatik əlaqələrin qurulmasının 75 illiyi ilə əlaqədar müxtəlif mədəni tədbirlər həyata keçirilir.
Yeganə






