Rusiyanın Qərblə münasibətlərində mövcud böhran Ukrayna ətrafındakı vəziyyətlə bağlı deyil.
Elchi.az-ın məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov RBK-ya müsahibəsində bildirib.
O, Moskvaya təzyiqin illərdir ki, artdığını qeyd edib.
“Qərblə münasibətlərdə mövcud böhran indi başlamayıb və bütün bunlar Ukraynaya görə deyil”, – Rusiya XİN başçısı vurğulayıb.
Lavrov xatırladıb ki, ABŞ Prezidenti Donald Trampın dövründə o vaxtkı Dövlət katibi Mayk Pompeo Afrika turu zamanı ölkə rəhbərliyini Rusiya və Çinlə ticarət etməməyə, onlardan investisiya almamağa çağırıb: “Bu, indiki hadisələrdən xeyli əvvəl idi”.






