Əgər taxıl müqaviləsi məsələsində Rusiyanın taxıl ixracı yolunda irəliləyiş əldə olunmasa, Rusiya onun çərçivəsindən kənarda işləməyə hazırdır. Elchi.az Lenta.ru – ya istinadən xəbər verir ki, bu alternativi Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşdən sonra deyib.
“Sonra bu sövdələşmənin zəruri olub-olmaması barədə düşünəcəyik. Bundan əlavə, bu Qara dəniz təşəbbüsü ilə yanaşı, Avropa İttifaqı tərəfindən tərtib edilmiş və Ukrayna taxılının və bir çox digər malların qurudan Aİ-yə ixracını nəzərdə tutan “həmrəylik dəhlizləri” təşəbbüsü həyata keçirilir. ”, – deyə o bildirib.
Lavrov daha əvvəl bildirmişdi ki, Ukraynadakı münaqişə ilə bağlı sülh danışıqlarına başlamaq üçün Qərb dövlətləri Rusiyanın maraqlarını nəzərə almalıdır.
Havar Şəfiyeva





