Kollektiv Qərb Rusiyanı dünya birliyindən təcrid etmək cəhdlərinin uğursuzluğunu etiraf etməyə məcburdur. Elchi.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər naziri Sergey Lavrov Dövlət Dumasında çıxışı zamanı deyib.
“Rusiyanı təcrid etmək cəhdləri uğursuz oldu və düşmənlərimiz bunu etiraf etməyə məcburdurlar”, – deyə nazir bildirib. Onun fikrincə, Rusiyanın xarici siyasət doktrinası Rusiyanın milli maraqlarının müdafiəsində özünü effektiv göstərir.
Lavrov daha əvvəl bildirmişdi ki, ABŞ, Avropa İttifaqı və Böyük Britaniyanın “anti-Rusiya bakanaliyası”na baxmayaraq, Moskva dünyanın əksər hissəsi ilə mehriban qonşuluq münasibətlərini gücləndirməkdə davam edir. o aydınlaşdırdı ki, söhbət Avrasiya, Asiya-Sakit okean regionu, Yaxın Şərq, Afrika, Latın Amerikası ölkələrindən gedir.
Havar Şəfiyeva




