Rusiyanın xarici işlər naziri Sergey Lavrov Şimali Koreyaya səfər edəcəyini açıqlayıb. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Rusiya diplomatik departamentinin rəhbərinin səfəri iki gün davam edəcək. Səfər zamanı Lavrovun Şimali Koreyanın xarici işlər naziri Çoi Sonq Hui ilə danışıqlar aparması planlaşdırılır.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri bəyan edib ki, Moskva BMT Təhlükəsizlik Şurasının Pxenyana qarşı sanksiyalarına baxmayaraq, KXDR ilə bərabərhüquqlu strateji əməkdaşlığı inkişaf etdirməyi planlaşdırır.
Havar Şəfiyeva






