Bütün tərəflər Dağlıq Qarabağda atəşin bərpa olunmaması üçün səylər göstərir.
`TASS` xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib.
“Hamı atəşin dayanması və bərpa olunmaması üçün səylər göstərir”, – deyə Lavrov qeyd edib.
Qeyd edək ki, aprelin 5-də saat 12.00-dan etibarən Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində tərəflərin razılığı ilə əməliyyatlar dayandırılıb.




