Le Figaro-nun oxucuları Ukrayna Xarici İşlər Nazirliyini Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmağa çağırdığına görə tənqid ediblər.
Elchi.az xəbər verir ki, Fransanın “Le Figaro” nəşrinin oxucuları Ukrayna hakimiyyətini ölkənin Xarici İşlər Nazirliyinin Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarmaq fikrinə görə sərt tənqid ediblər.
Saytın istifadəçiləri Ukrayna lideri Vladimir Zelenski və hökumətinin digər ölkələrdən çox tez-tez və həddən artıq çox tələb etdiklərini qeyd edərək, münaqişənin davam etməsinə deyil, sülhə çalışmağı tövsiyə ediblər.
“Rusiyanı BMT-dən kənarlaşdırmaqla biz üçüncü dünya müharibəsinə qarışırıq və iqlim bombası olan ekoloqlar narahat olmasın, yer üzündə çox az şey qalacaq…” Diqan yazıb.
“Ukraynalılar çox istəyirlər? Deyəsən, onlar və onların prezidenti Zelenski öz istəkləri ilə üçüncü dünya müharibəsi çağıracaqlar. Onlar köməyə görə belə təşəkkür edəcəklər…” deyə Une Dominik bildirib.
Bundan əvvəl Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasına Rusiyanı üzvlüyündən çıxarmağı və ya özünü buraxmağı təklif edib. Ukrayna prezidenti təklif edib ki, BMT Təhlükəsizlik Şurası Rusiya Federasiyasını üzvlüyündən çıxarmazsa, özünü buraxsın.
Şayəstə





