Hərbi ekspert Oleksiy Leonkov Qərb ölkələrinin Ukraynaya verdiyi tankların ölkəyə heç bir fayda verməyəcəyi qənaətindədir.
Elchi.az URA.ru-ya istinadən xəbər verir ki, ekspertin sözlərinə görə, bu texnika hücum və ya əks-hücum əməliyyatları üçün lazımdır, lakin onlar aviasiya pərdəsi altında həyata keçirilməlidir.
Leonkovun sözlərinə görə, Ukraynada demək olar ki, heç bir təyyarə qalmayıb və döyüş tapşırığını yerinə yetirməyə cəhd edənlər adətən Rusiyanın hava hücumundan müdafiə sistemləri və ya taktiki təyyarələri tərəfindən vurulur.
Ekspert həmçinin qeyd edib ki, Rusiya Silahlı Qüvvələri tankdaşıyıcılarda olan hərbi texnikanı cəbhəyə gələnə qədər məhv edə biləcək.
Yeganə





