"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lerik haqqında gedən qərəzli yazılara – Faktlarla rəsmi cavab

17 Noyabr 2017 - 14:19
in CƏMİYYƏT
Lerik haqqında gedən qərəzli yazılara - Faktlarla rəsmi cavab
Lerik rayon Şivlə-Biləvər kənd sakinləri adından Anaxeber.az saytında dərc edilmiş “Lerikin iki kəndi Yardımlıya birləşmək istəyir – Prezidentə sensasion müraciət” yazı barədə 
Son vaxtlarda Şivlə və Biləvər kəndlərinin sakinləri adından bəzi insanlar tərəfindən yuxarı dövlət orqanlarına və müxtəlif sosial şəbəkə və saytlara ünvanlanmış əsassız müraciətlərdə rayonda ayrı-seçkilik aparıldığı, Dırığ ərazisində yerləşən kəndlərə ögey münasibət bəsləndiyi və bu əraziyə daxil olan kəndlərdə tikinti-quruculuq işlərinin aparılmadığı qeyd edilir.
Rayon icra hakimiyyəti olaraq nə qədər dözümlülük göstərsək də, yalan və əsassız fikirlərlə dolu olan həmin yazılarla artıq barışa bilməyib statistik rəqəm və faktlarla aşağıdakıları bildirmək istəyirik. Şivlə-Biləvər kənd sakinlərinin eyni məzmunlu müraciətləri bir neçə dəfə rayon icra hakimiyyətində araşdırılmış, rayon icra hakimiyyəti başçısı, başçının müavinləri, şöbə müdirləri tərəfindən sakinlər qəbul edilmişdir.
Eyni zamanda rayon icra hakimiyyəti başçısı rayonun hüquq mühafizə orqanları və əlaqədar idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə həmin kəndlərində daxil olduğu ərazi icra nümayəndəliyinin Osyodərə kəndində səyyar qəbul keçirərək sakinləri dinləmiş, onları narahat edən problemlərlə bağlı söhbət aparmışdır.Bildiririk ki, rayonumuzun ərazisi iqliminə, yerləşdiyi istiqamətlərə, Sovet hakimiyyətindən əvvəlki illərdə idarə üsuluna əsasən 4 mahala, “Zuvand”, “Orand”, “Piran” və “Dırığ” mahallarına bölünmüşdür.
Keçmişi özündə yaşadan həmin mahal adlarından indi də əhali tərəfindən qeyri-rəsmi şəkildə istifadə edilir.”Dırığ” ərazisində 50 yaşayış məntəqəsi üzrə 30 min əhali yaşayır. Ərazidə 10 icra nümayəndəliyi, 10 bələdiyyə fəaliyyət göstərir.
Son illərdə əhalinin sosial-məişət şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenidən qurulması ilə bağlı Azərbaycan Respublikası Prezidenti tərəfindən bir sıra Fərman və Sərəncamlar imzalanmış və respublikanın hər yerində olduğu kimi, rayonumuzda, o cümlədən “Dırığ” ərazisində böyük quruculuq-abadlıq işləri aparılmışdır.
 
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 50 yaşayış məntəqəsinin, o cümlədən Şivlə-Biləvər kənd sakinlərinin mütəmadi istifadə etdiyi 36 km-lik Noda-Şingədulan-Xanagah avtomobil yolu tam asfaltlaşdırılmışdır, yolboyu iki yeni körpü tikilmiş, bir körpü təmir edilmiş, 800 diametrlik 27 ədəd, 1000 diametrlik 29 ədəd, 1250 diametrlik 53 ədəd borudan istifadə etməklə 28 yerdə suötürücü borular qoyulmuşdur.
Hazırda tikintidə son tamamlama işləri aparılır. Asfalt yol Şivlə-Biləvər kəndlərinin 3 km-dən keçir.
Biləvər kəndində 140 şagird yerlik məktəb binası tikilmiş, Şivlə kəndində 30 şagird yerlik Biləvər kənd tam orta məktəbinin filialı açılmış və rayon icra hakimiyyətinin daxili imkanları hesabına Şivlə kənd sakinindən məktəb üçün bina satın alınmışdır.
Ümumilikdə “Dırığ”a daxil olan 10 ərazi icra nümayəndəliyi üzrə keçən qısa vaxt ərzində 20 məktəb binası, 6 poçt binası, 2 tibb məntəqəsi, 1 uşaq bağçası inşa edilmiş, 5 məktəb binası, 4 tibb müəssisəsi, 3 mədəniyyət müəssisəsi əsaslı təmir edilmiş, 8 ATS elektron ATS-lərlə əvəzlənmiş, ATS-lərin yerləşdiyi binalar əsaslı təmir edilmiş və ya yeni binalar inşa edilmişdir.
Ərazinin 10 yaşayış məntəqəsi qazlaşdırılmışdır. 16 noyabr 2017-ci il tarixdə rayon icra hakimiyyəti başçısının və Milli Məclisin deputatının iştirakı ilə Murya və Əvilə kəndlərinə mavi qazın verilməsi mərasimləri keçirilmiş və bu əhali tərəfindən bayram əhval-ruhiyyəsində qeyd edilmişdir.
 
Soru, Gürdəsər, Buruğ, Lələdulan, Zenoni kəndlərində artezian quyuları qazılmış, Züvüç kəndinə 5 km məsafədən dəmir borularla su xətti çəkilmişdir. Ərazidə 4 yeni körpü inşa edilmişdir. Bütün kəndara yollarında mütəmadi olaraq rayon icra hakimiyyətinin dəstəyi, kənd sakinlərinin köməkliyi ilə təmir-bərpa işləri aparılmışdır.
Ərazinin elektrik enerjisi ilə təminatı Şingədulan kəndində fəaliyyət göstərən yarımstansiya vasitəsilə həyata keçirilir. Son İllərdə həm yarımstansiya əsaslı şəkildə təmir edilmiş, həm də yarımstansiyanın qidalandığı yüksək gərginlikli Masallı-Yardımlı-Lerik 35 kilovoltluq hava xətti yenidən tikilmişdir. 10/04 kv-luq elektrik hava xətlərində mindən yuxarı ağac dayaq dəmir dayaqlarla əvəzlənmişdir. Şingədulan kəndində dəmir dirəklər basdırılmış, elektrik naqilləriin sip kabellərə əvəzlənməsi işlərində son tamamlanma işləri həyata keçirilir. Kəndlərin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasından ötrü elektrik hava xətlərində mütəmadi olaraq təmir-bərpa işləri aparılmışdır. Təbii fəlakətlər zamanı yaranmış qəza halları istisna olmaqla əhaliyə 24 saat elektrik enerjisinin verilməsi təmin edilir və bu iş daim nəzarətdə saxlanılır. “Dırığ” ərazisinə aid olan Boykəndil və Əvilə kəndlərində 180 şagird yerlik məktəb binalarının tikintisi davam etdirilir. Müraciətlərdə qeyd edilmiş tütün sahələrində məktəblilərin işlədilməsi faktı tamamilə əsassız və böhtandır. Qeyri-neft sektorunun inkişaf etdirilməsi ilə bağlı cənab Prezidentin qarşıya qoyduğu vəzifələr aqrar rayonu olan Lerikdə də uğurla icra edilir. Rayonda taxılçılığın, kartofçuluğun, tərəvəzçiliyin inkişafı ilə yanaşı, bir vaxtlar ənənəvi sahə olmuş tütünçülüyün inkişafına diqqət artırılmış və verilmiş tapşırığa uyğun olaraq ötən il 10 ha, cari ildə isə 25 ha sahədə tütün, 50 hektar ərazidə fındıq tingləri əkilmişdir. Şivlə-Biləvər kəndlərinin nəinki ərazisində, heç yaxınlığında belə tütün əkilməmişdir. “Zuvand” ərazisində isə ümumiyyətlə sarımsaq bitmir və burada heç vaxt sarımsaq becərilməmişdir. Yazılar bir neçə narazı şəxslər tərəfindən sifarişlə hazırlanır və geniş əhalinin fikirlərini əks etdirmir.
Lerik Rayon İcra Hakimiyyəti

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq









Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

“Avtomobil yolları haqqında” qanuna edilən dəyişiklik TƏSDİQLƏNDİ

Next Post

WhatsApp-da səhv tapıldı – Silinən mesajı oxumağın yolları – FOTO

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

WhatsApp-da səhv tapıldı - Silinən mesajı oxumağın yolları - FOTO

Müdafiə naziri müşavirə keçirdi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.