"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lerikdə 100-ə yaxın kənd işıqsız qaldı

31 Oktyabr 2017 - 12:43
in CƏMİYYƏT

Bunu da oxuyun

Sabah Bakıya yağış yağacaq

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Lerikdə 100-ə yaxın kənd işıqsız qaldı

 Cənub bölgəsində əsən güclü külək Lerik və Masallı rayonlarına ciddi ziyan vurub.

Elchi.az-ın xəbərinə görə, Lerik rayon İcra Hakimiyyəti başçısının müavini Habil Məlikov Trend-ə açıqlamasında bildirib ki, külək əsasən rayonun elektrik enerjisi təsərrüfatına ziyan vurub: “Güclü külək nəticəsində elektrik dirəkləri aşıb, xətlər qırılıb. Oktyabrın 30-u axşam saatlarından rayonun əksər hissəsi elektrik enerjisiz qalıb. Lerikdə 100-ə yaxın yaşayış məntəqəsi işıqsız qalıb. Dünən gecə saatlarında şəhərə elektrik enerjisinin verilməsi bərpa olunsa da, kəndlər hələ də işıqsızdır. Hazırda “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) əməkdaşları kəndlərə elektrik enerjisinin verilməsi üçün təmir işləri aparır”.

H.Məlikov bildirib ki, hadisə nəticəsində xəsarət alan olmayıb.

Masallı rayon İcra Hakimiyyəti başçısının müavini Nəsir Muxtarlı isə Trend-ə bildirib ki, hadisə nəticəsində rayonun mərkəzi və 40-dan artıq kəndi işıqsız qalıb: “Şəhər ərazisində elektrik enerjisinin verilməsi artıq bərpa edilib. Hazırda kəndlərin elektrik xətlərinin bərpası ilə bağlı tədbirlər görülür. Gün ərzində kəndlərə elektrik enerjisinin verilməsi bərpa ediləcək”.

N.Muxtarlı bildirib ki, güclü külək rayon ərazisində 20-dən artıq irigövdəli küknar ağacını kökündən çıxarıb. Bir kəndin orta məktəbinin dam örtüyü tam yararsız vəziyyətə düşüb, digər bir kənd məktəbinin dam örtüyünə isə müəyyən qədər ziyan dəyib, bir evin üzərinə isə ağac düşüb”.

“Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də faktı təsdiqləyib. O bildirib ki, güclü külək nəticəsində cənub bölgəsində elektrik enerjisi təsərrüfatına ziyan dəyib: “Dünən günortadan sonra bölgədə güclü külək başlayıb. Nəticədə iri gövdəli ağaclar elektrik xətlərinin üzərinə aşıb, elektrik dirəklərini aşırıb və xətləri qırıb. Dərhal “Azərişıq” ASC-nin operativ əməliyyat qrupu hadisə zonasına səfərbər olunsa da, gecə saatlarına qədər davam edən külək yaşayış məntəqələrinin elektrik enerjisinin bərpa edilməsinə maneçilik törədib. Gecə saatlarından əməkdaşlarımız təmir-bərpa işlərinə cəlb edilib. Hazırda ərazinin elektrik enerjisi ilə təmin edilməsi istiqamətində işlər davam edir”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Daha bir qadın həbs olundu — Qaçan məhbuslara görə

Next Post

Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi

Bənzər yazılar

Sabah Bakıya leysan yağacaq

Sabah Bakıya yağış yağacaq

06 May 2024 - 13:33

Sabah Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Bu barədə Elchi.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Yarımadanın...

Ağdərədə sümük fraqmentləri aşkarlandı

Ağdərədə sümük fraqmentləri aşkarlandı

06 May 2024 - 13:05

Ağdərə rayonu ərazisində sümük fraqmentlərinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır. Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluqdan...

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq

06 May 2024 - 12:31

Zərərçəkmiş şəxsin razılığı olmadan onun foto və ya videosunu mediaya təqdim edənlər cəzalandırılacaq. Elchi.az  xəbər verir ki, bununla bağlı Prezident...

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

Gəncədə əməliyyat: 30 nəfər saxlanıldı

06 May 2024 - 09:29

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib. Elchi.az xəbər...

Next Post

Sülh Platforması Azərbaycan və Ermənistan prezidentlərindən dəstək istədi

Türkiyə prezidentinin Bakıda rəsmi qarşılanma mərasimi oldu

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.