Lerikdə ev uçdu

>

Lerik rayonunda yaşayış evi uçub.

Bunu da oxuyun

“Report”un Cənub bürosunun verdiyi xəbərə görə, rayonun Pirzəkücə kəndində 59 yaşlı Fərziyeva Xanımnisə Hənifə qızına məxsus evin bir otağının divarları uçub. Kənd sakinlərinin bildirdiyinə görə, ev hələ 7-8 il əvvəldən qəzalı vəziyyətdə olub. Lakin 4 nəfərlik ailənin başqa sığınacağı olmadığından bu evdə yaşayıb. Hadisə bu gün səhər saatlarında baş verib. Evin bütün əşyaları uçqun altında qalsa da, xoşbəxtlikdən ailə üzvlərindən xəsarət alan olmayıb.

Hadisə ilə bağlı əlaqədar qurumlara məlumat verilib.

Bənzər yazılar

Next Post
Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728