Eyni zamanda, Avropa Komissiyasının rəhbəri Ukraynanın Aİ-yə daxil olmasının dəqiq tarixini deyə bilməyib.
Elchi.az xəbər verir ki, 20-30 ildən sonra tərkibində Ukraynasız Avropa Birliyinin mövcudluğu ağlasığmazdır. Bu sözləri İspaniyanın “El Mundo” qəzetinə müsahibəsində Avropa Komissiyasının rəhbəri Usrula fon der Leyen deyib.
“Biz Ukraynanın Aİ-yə daxil olmasının dəqiq tarixini deyə bilmərik, lakin 20-30 ildən sonra Ukrayna və Qərbi Balkanlar blokunun tərkibində Aİ-nin olması ağlasığmaz olardı”, – alman siyasətçi deyib.
AK rəhbərinin sözlərinə görə, indi Kiyev vahid bazara inteqrasiya olunur, xüsusən, enerji və Ukrayna taxılının tarifləri sahələrində. O qeyd edib ki, 2023-cü ildən sonra Aİ növbəti dörd il ərzində Ukrayna rejiminə daha 50 milyard avro göndərməyi düşünür. Məbləğin üçdə biri qrant şəklində, üçdə ikisi isə kredit şəklində köçürülə bilər.
Şayəstə Hüseynova





