Ümumilikdə Avropa İttifaqı Qəzza zolağına 100 milyon avro köçürəcək.
Elchi.az xəbər verir ki, Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Qəzza zolağının sakinlərinə əlavə 25 milyon avro köçürəcək. Fon der Leyen Avropa səfirlərinin konfransında bildirib ki, bu tranşla birlikdə Aİ-dən humanitar yardımın ümumi məbləği 100 milyon avro təşkil edəcək.
“Avropa İttifaqı humanitar yardımı 25 milyon avro artıracaq. Beləliklə, Avropa İttifaqı Qəzzanın mülki əhalisinə humanitar yardım üçün ümumilikdə 100 milyon avro xərcləyəcək”, – AK rəhbəri bildirib.
Şayəstə Hüseynova






