"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Leyla Əliyeva: “Bir-birimizə daha yaxın oluruq”

12 Noyabr 2015 - 17:17
in XƏBƏR LENTİ

“Baku” beynəlxalq jurnalının 50-ci, yubiley nömrəsi çapdan çıxıb.

Jurnalın baş redaktoru Leyla Əliyeva nəşrin yubiley nömrəsində jurnal barədə öz təəssüratlarını yazıb. L.Əliyeva jurnalın hər bir nömrəsinin Bakıya sevgi etirafı olduğunu bildirib: “Jurnalın ən birinci nömrəsinin çapa imzalandığı gündən elə də çox vaxt keçməyib, amma artıq əllinci nömrə çapdan çıxır. Bu əlli nömrənin hər birinin öz süjetləri, öz qəhrəmanları və əlbəttə, öz taleyi olub. Onlar hamısı birlikdə və hər biri ayrılıqda öz adına tamamilə müvafiqdir. Həqiqətən, jurnalımızın hər nömrəsi redaktor sütunundan başlamış dünyəvi xronikaya qədər Bakının ruhunu ifadə edir”.

Bunu da oxuyun

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

Jurnalın hər bir nömrəsi gözəl Bakı şəhərinə sevgi etirafıdır. Bu şəhərdə “onun sakinlərinin bənzərsiz məlahəti, gümrahlıq və nikbinlik duyğuları hiss edilir”. Dünyanın hansı guşəsində olmağınızdan, bayırda hava şəraitindən asılı olmayaraq “Baku” jurnalı həmişə sizə günəş işığı, hərarət bəxş edəcək, nə isə yeni bir mövzuda söhbət açacaq, sizi maraqlandıracaq, bəzən də əyləndirəcək”.

Baş redaktor Bakıya gələnlərin sayı artdıqca jurnalın oxucularının da sayının artdığını diqqətə çatdırıb: “Və ya əksinə, bizim jurnalı oxuyan hər kəs gec-tez, qısa müddətə də olsa, şəhərimizə gəlmək imkanı axtarmağa başlayır və belə bir imkan tapır. Lakin Bakıya heyran olmaq və onunla görüşləri bizim jurnalın səhifələrində davam etdirmək üçün bir neçə gün də kifayətdir”.

Nəşrin baş redaktoru əldə olunan uğurların arxasında jurnalın peşəkar yaradıcı komandasının böyük zəhmətinin və oxucuların olduğunu qeyd edib: “Bu, bizim ümumi uğurumuzdur. Bakıda olan hər kəs bu şəhərin unikal rusdilli mühitini xüsusi qeyd edir. Aşkardır ki, bakılıların məlahətli rus dilinə vurulmamaq mümkün olmadığı kimi, həmin rusdilli mühitin hər hansı dekretlər və fərmanlar vasitəsi ilə yaradılması da mümkün deyil. İlk növbədə ona görə ki, bu dil onu hədsiz sevən insanların canlı, dinamik ünsiyyət vasitəsidir. Bakıda rus mədəniyyətinə tələbat bəlkə də elə bununla müəyyən edilir. Jurnalın hər nömrəsi çapdan çıxandan sonra oxucular Azərbaycanı daha yaxşı tanıyır, bu ölkəyə səyahət edir, onun təklif etdiyi reseptlər əsasında yeməklər hazırlayır, Azərbaycanın tarixini yenidən dərk edir, dünyanın müxtəlif guşələrində yaşayan istedadlı bakılılarla tanış olurlar”.

Leyla Əliyeva sonda jurnalın müxtəlif ölkələrdən, xalqardan olan oxucularının “Baku” sayəsində bir-birinə daha çox yaxınlaşdığını yazıb: “Bizim jurnalda mənim özümə ən çox xoş gələn odur ki, bu nəşrdə darıxdırıcı olmayan bütün janrlara yer verilir. “Baku” jurnalının sayəsində bir-birimizə daha yaxın oluruq. Görünür, tolerantlıq, qarşılıqlı anlaşma və qarşılıqlı hörmət ab-havasına doğru aparan ən düzgün yol budur, bunlarsız sabahkı günü təsəvvür etmək mümkün deyil”.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Deputatın kürəkəninin həbsi xəbəri yayıldı – “MTN işi”

Next Post

Azərbaycana keçən erməni geri qaytarıldı

Bənzər yazılar

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

Keniyada daşqın nəticəsində ölənlərin sayı 228-ə yüksəlib

06 May 2024 - 13:29

Keniyada təxminən 3 həftədir davam edən leysan yağışların səbəb olduğu sel fəlakətində həyatını itirənlərin sayı 228-ə yüksəlib. Elchi.az xəbər verir ki, Keniyada...

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

500-cü ildönüm: “Şah İsmayıl”ın xüsusi buraxılışı çıxdı

02 May 2024 - 17:51

Yazıçı-şair, tərcüməçi İmdad Avşarın baş redaktoru olduğu “Türk ədəbiyyatı” aylıq fikir və sənət dərgisinin may buraxılışı böyük sərkərdə, Səfəvilər İmperiyasının...

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

MM-də boş qalan deputat yerlərinin sayı 10-a çatdı

02 May 2024 - 16:27

Xəbər verdiyimiz kimi, Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə...

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

DİN-dən əməliyyat: Hindistan vətəndaşı saxlanıldı – Video

02 May 2024 - 16:26

Bakıda Şri-Lanka vətəndaşlarına qarşı dələduzluq edən və hədə-qorxu ilə pul tələb edən Hindistan vətəndaşı saxlanılıb. DİN-dən  Elchi.az-a verilən məlumata görə,...

Next Post

Azərbaycana keçən erməni geri qaytarıldı

İlham Əliyev: “500-dən çox müasir xəstəxana inşa edilib”

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.