
Prezident İlham Əliyevin qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Qarabağ” klubunu Çempionlar Liqasının qrup mərhələsinə adlaması münasibətilə təbrik edib.

Xatırladaq ki, Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib. “Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyunları çərçivəsində Danimarkanın “Parken” stadionunda “Kopenhagen” komandası ilə görüşdə 1:2 hesabı ilə məğlub olsa da, Bakıdakı ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyi üçün qitənin ən nüfuzlu klub turnirinin qrup mərhələsinə yüksəlib.



