"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Leyla Yunusun dosyesində adı keçən ermənilər

02 Avqust 2014 - 13:17
in SİYASƏT MANŞET

Onlar kimdir?…img1610722

Bunu da oxuyun

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunusun həbsi nə qədər qəfil olsa da, müşahidəçilərə görə, bir o qədər gözlənilməz olmayıb. Artıq olaya bir sıra beynəlxalq təşkilatlar səviyyəsində sərt etirazlar bildirilib. Onlar Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbslə bağlı yaydığı birgə açıqlamada əksini tapmış ittihamların heç birini ciddi saymır, Yunusun saxlanmasını sırf onun ictimai fəaliyyəti ilə, yəni siyasi sifarişlə əlaqələndirirlər.

Baş Prokurorluq və MTN-in açıqlamasında ən maraqlı məqamlardan biri Leyal Yunusun bəzi tanınmış erməni ekspert və hüquq müdafiəçiləri ilə birgə Azərbaycan əleyhinə fəaliyyətdə suçlanmasıdır. Sitat: “Müəyyən edilib ki, Leyla Yunus 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, ”Sülh və Demokratiya İnstitutu” adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın “Region” Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında “xalq diplomatiyası” üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohacanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən “Jurnalist Araşdırmaları” qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Yunusov Arif Seyfulla oğlunun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Mirqədirov Rauf Həbibula oğlunun dəfələrlə Gürcüstan Respublikasının ərazisindən Ermənistan Respublikasına səfərlərini Arif Yunusovla birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunusov da Rauf Mirqədirovla birlikdə iştirak edərək Ermənistanın sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər”.
Bəs Leyla Yunusun dosyesində adları keçən ermənilər kimdir, Azərbaycan cəmiyyəti onlar haqda bilgilidirmi? Mövzunun aktuallığını nəzərə alıb, həmin şəxslər haqda qısa arayışları təqdim edirik:
DAVİD ŞAHNAZARYAN: 1954-cü ildə Ermənistanda anadan olub. İrəvan Dövlət Universitetinin fizika fakültəsini bitirib. 1976-80-ci illərdə Moskvada Elmlər Akademiyasında aspiranturada oxuyub. Fizika-riyaziyyat elmləri namizədidir. 1988-ci ildə yaradılmış separatçı “Qarabağ komitəsi”nin təsisçilərindən biri, Ermənistanın müstəqilliyini hədəf götürmüş Ermənistan Ümummilli Hərəkatının (EÜH) İdarə Heyətinin üzvü olub. 1990-95-ci illərdə Ermənistan parlamentinin deputatı mandatını daşıyıb. 1994-95-ci illərdə (Levon Ter-Petrosyan hökumətində) Ermənistanın milli təhlükəsizlik naziri, Qarabağ məsələsində prezidentin xüsusi elçisi postlarını tutub. 1995-99-cu illərdə yenidən deputat seçilib. 1999-cu ildən müxalifətçi EÜH partiyasının İdarə Heyətinin  üzvüdür. 1998-ci ildə prezident seçkilərində namizəd kimi iştirak edib. Hazırda “Həmrəylik” araşdırma mərkəzinin rəhbəridir. Politoloq kimi fəaliyyət göstərən Şahnazaryan mövqe və baxışları etibarilə qərbçi və qatı antirusiyaçı kimi tanınır, Qarabağ konfliktinin həllinin demokratiyadan keçdiyinə inanır.
LAURA BAQDASARYAN: 1962-ci ildə Tiflisdə doğulub. 1980-1985-ci illərdə Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) jurnalistika fakültəsini, beynəlxalq jurnalistika şöbəsini bitirib. 1985-1989-cu illərdə MDU-nun jurnalistika fakültəsində aspiranturada oxuyub. 1990-1991-ci illərdə İrəvan Dövlət Universitetinin jurnalistika kafedrasının müəllimi işləyib. 1991-1996-cı illərdə “Ayastani Anrapetutyan” qəzetinin beynəlxalq şərhçisi qismində fəaliyyət göstərib. 1996-1998-ci illərdə Ermənistan hökuməti yanında İnformasiya və Mətbuat İdarəsinin informasiya-analitik mərkəzinin eksperti işləyib. 1998-2000-ci illərdə “AIM” (ABŞ) və “Les Nouvelles D Armenie” (Fransa) jurnallarının Ermənistandakı əməkdaşı qismində çalışıb. 1998-2000-ci illərdə İrəvan Press-Klubunun eksperti olub. 1999-cu ildə “Jamanak”, 2000-ci ildə “Erkir” qəzetlərinin beynəlxalq şərhçisi, 2000-də “Mülki cəmiyyətin inkişaf birliyi” ictimai təşkilatının media məsələləri üzrə eksperti olub. 2000-2001-ci illərdə müstəqil jurnalist kimi fəaliyyət göstərib. 2001-ci ildən “Jurnalist-təhqiqatçılar” ictimai təşkilatının “Region” təhqiqat mərkəzinin direktorudur.
KAREN OHACANYAN: Dağlıq Qarabağda doğulub. Hüquq müdafiəçisidir. “Helsinki təşəbbüsü -92″ komitəsinin (QHT) Qarabağ üzrə koordinatorudur.
Siyasət şöbəsi

 

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Niyə bu qədər şəhid verdik? – Təxribat, yoxsa səhlənkarlıq?

Next Post

“Sanksiyalar ilk zərbəni Neft Fonduna vuracaq”

Bənzər yazılar

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir

24 Aprel 2024 - 20:34

Bu dəqiqələrdə Bakıda, “Gülüstan” sarayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Qırğız Respublikasının Prezidenti Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilir....

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Portuqaliya lideri Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

19 Fevral 2024 - 18:58

Portuqaliya Prezidenti Marselo Rebelo de Souza Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Elchi.az xəbər verir ki, təbrikdə deyilir: "Hörmətli...

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

BƏƏ lideri Prezident İlham Əliyevə zəng edib

09 Dekabr 2023 - 23:50

Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Elchi.az xəbər verir...

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti  açıqladı

Aİ-nın Ukraynaya yardımı ilə bağlı şərti açıqladı

21 Noyabr 2023 - 13:39

Macarıstanın Baş naziri Viktor Orban plebisit elan edib. Onun gündəliyi Avropa Birliyinin Macarıstana ayırdığı maliyyənin dondurulması müqabilində Budapeştin Avropa İttifaqının...

Next Post

“Sanksiyalar ilk zərbəni Neft Fonduna vuracaq”

Bakıda 37, rayonlarda 39 dərəcə isti olacaq

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.