Vaqner qoşunlarının irəliləməsinə qarşı Lipetskdə xəndəklər qazılıb.
Elchi.az xəbər verir ki, Rusiyada silahlı üsyana başlayan Vaqner əsgərlərinin Moskvaya doğru irəliləməsinə qarşı rus qoşunları Lipetsk şəhərində yollarda səngərlər qazmağa başlayıb. Paytaxt Moskvada da zirehli texnika ilə tədbirlər görülüb.
Rusiyanın muzdlu dəstəsi Vaqnerin lideri Yevgeni Priqojinin başlatdığı silahlı üsyan davam edərkən, Rostovdan yola düşən Vaqner qoşunları şimala doğru irəliləməyə davam edir. Vaqner qoşunları Rusiyanın Voronej və Lipetsk şəhərlərinə yaxınlaşarkən rus qoşunları bir çox yollarda səngərlər qazmağa başladılar. Vaqnerin zirehli texnikası və personal daşıyıcı maşınlarının keçməsinin qarşısını almaq üçün qazılan xəndəklər səbəbindən mülki avtomobillər də şəhərə girib-çıxmaqda çətinlik çəkib.
Nuranə Məmmədova





