Litva prezidenti Gitanas Nauseda media nümayəndələrinin suallarını cavablandırarkən deyib ki, ölkədə rus məktəbləri tədricən bağlanmalıdır.
Elchi.az RİA.ru-ya istinadən bildirir ki, onun sözlərini “Sputnik Litva” Teleqram kanalı sitat gətirib.
Nauseda qeyd edib ki, Litva inteqrativ təhsil sisteminə səy göstərməlidir. Dövlət başçısı bildirib ki, Litva məktəblərində ana dilinin öyrənilməsi üçün real şərait yaradıldıqdan sonra rusdilli məktəblərlə bağlı məsələ tədricən və öz-özünə həllini tapacaq.
Bundan əlavə, Litva lideri onu da bildirib ki, Rusiya təkcə Litva və Baltikyanı ölkələr üçün deyil, həm də bütün Avropa üçün təhlükə yaradır. Nauseda Rusiya Federasiyasının hücumu olacağı təqdirdə NATO-nun Şimali Atlantika Müqaviləsi Təşkilatında təsvir olunduğu kimi respublikaya yardım göstərəcəyinə əminliyini ifadə edib.
Yeganə






