"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Litva prezidenti: “Rusiya terrorçu dövlətdir”

26 Sentyabr 2014 - 01:40
in Banner, MANŞET

Dalya Qribauskayte Qərbi qorxaqlıqda ittiham edibimg1641857

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

“Rusiya prezidenti Vladimir Putinin Ukraynada törətdiyi aqressiv hərəkətlər bizə belə düşünməyə ciddi əsaslar verir ki, tezliklə növbə Baltik ölkələrinə çata bilər”. 
Bu barədə Litva prezidenti Dalya Qribauskayte “The Washington Post” qəzetinin baş məsul redaktoru Lelli Ueymut ilə bu həftə etdiyi söhbət zamanı bildirib. Qəzet bugünkü sayında həmin müsahibəni oxucuların diqqətinə çatdırıb.
Litva prezidenti bildirib ki, Ukraynada vəziyyət getdikcə daha da pisləşir. Rusiya qoşunları əvvəlki kimi hələ də Ukrayna ərazisindədir.
Bu isə o deməkdir ki, Avropa və dünya Rusiyaya imkan verir ki, bu ölkə sadəcə öz qonşusunu hədələməsin, həm də öz qonşularına qarşı müharibə aparsın. Əslində bu, bizim İraqda və Suriyada müşahidə etdiyimiz beynəlxalq terrordan o qədər də fərqli deyil.
“Əgər biz həddən artıq yumşaqlıq göstərsək, sanksiyaların praktiki tətbiqində ortaya ciddi mövqe qoymasaq, əminəm ki, onda Putin daha uzağa gedəcək. Şərqi Ukraynanı Cənubi Ukrayna və Krımla birləşdirməyə çalışacaq. Putin elə bu yaxınlarda bəyan etmişdi ki, o, iki günə Varşavanı , Baltik ölkələrini, Buxaresti işğal edə bilər. Bundan sonra isə biz təəccüb edəcəyik ki, yeni-yeni ərazilər işğal olunur, mövcud olan ölkələr Rusiya tərəfindən parçalanır. Sonra bu problemi çözmək çox baha başa gələcək. Hətta situasiyadan çıxmaq üçün gec də ola bilər”, – deyə prezident Dalya Qribauskayte vurğulayıb.
Litva rəhbəri bir məqamı xüsusilə vurğulayıb: “Problem ondadır ki, bu gün Putinin rəhbərliyi altında olan Rusiya müharibəyə hazırdır və müharibəyə gedəcək. Nə Avropada, nə də dünyada elə bir lider yoxdur ki, Putini durdura bilsin”.
“Putin Avropanı parçalamaq istəyir?”- deyə, qəzetin məsul redaktoru soruşub.
Prezident isə bir daha Rusiyanın davranışlarını terrorçuluqla müqayisə etməyi lazım bilib: “Rusiyanın davranışları İŞİD-in İraq və Suriyada törətdiyindən o qədər fərqlənmir”.
“Deməli, siz düşünürsüz ki, İŞİD və Rusiya terrorçudur?”, – jurnalistin növbəti sualı belə olub.
“Elədir. Mən düşünürəm ki, Rusiya öz qonşuları ilə terrorçular kimi davranır və onlara qarşı terrorçuların metodundan istifadə edir. Nəticə o oldu ki, Avropa və dünya ölkələri rəhbərlərinin alqış sədaları altında Rusiya Krımı və Şərqi Ukraynanı ələ keçirdi. Dünya liderləri isə Ukraynaya elə bir kömək göstərmədi”, – prezident deyib.
Litva prezidenti bildirib ki, bu gün Rusiyanın qonşusu olan bütün ölkələr işğal təhlükəsi ilə üz-üzədir. Putin qonşu dövlətləri ələ salır və iddia edir ki, onlar əsl dövlət deyillər.
“Nəticədə müharibə olacaq?”, jurnalist belə bir sualla prezidentə müraciət edib.
“Biz müharibədən qaça bilərik. Əgər hər iki tərəf müharibəyə hazır olsa, müharibə heç vaxt olmayacaq. Əgər Rusiya müharibəyə hazırdırsa və Qərb bu müharibədən yayınmağa çalışırsa, onda müharibə mütləq olacaq. Və Rusiya təkidlə irəli gedəcək”, – Litva prezidenti narahatlıqla bildirib.
Müsahibənin sonunda isə Dalya Qribauskayte Qərbi sərt şəkildə ittiham edib: “Ancaq Rusiya ilə sərhəddi olan ölkələr – Baltik ölkələri və Polşa bu məsələdə həyəcan təbli çalır. Biz bir yerdə səsimizin daha da ucadan eşidilməsini istəyirik. Bu, bizim Rusiya ilə mübarizədə yeganə silahımızdır. Biz bir yerdə olaraq, səs-səsə verərək, Qərb ölkələrinin liderlərini utandırmaq istəyirik. Biz onları ona görə ittiham edirik ki, onlar Avropada azadlığı, suverenliyi və demokratiyanın müdafiəsi üçün ciddi addımlar atmırlar”.
Elbəyi Həsənli, 
Sürix 
Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

G-7 Rusiyanı hədələdi

Next Post

Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

Gənclərin III Ümumrespublika Teatr Festivalı başlayır

Uşaq kamikadze düşərgəsi

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.