Oktyabrın 9-da Litvanın milli müdafiə naziri Yuozas Olekasın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana
rəsmi səfəri çərçivəsində Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.
APA-nın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Müdafiə Nazirliyinin Tibb Baş İdarəsinin rəisi general-mayor Natiq Əliyev nümayəndə heyətinə hospitalın yaranma tarixi, onun fəaliyyəti, Silahlı Qüvvələrin şəxsi heyətinin sağlamlıq vəziyyətinin qorunması və hərbi qulluqçuların tibbi təminatının müasir tələblərə uyğun təşkil edilməsi, Azərbaycan hərb təbabətinin inkişaf perspektivləri, hərbi həkimlərin hazırlanması imkanları və ümumi maraq kəsb edən digər məsələlər barədə məlumat verib.
Hospitalın akt zalında qonaqlara tibb müəssisəsinin yarandığı gündən hazırkı dövrədək inkişafını əhatə edən qısametrajlı film nümayiş olunub.
Cənab Y.Olekasın Azərbaycana səfəri oktyabrın 10-dək davam edəcək.
1 / 3






