
Elchi.Az Ölkə.Az-a istinadən xəbər verir ki, Livanın ordu baş qərargah rəisi general Jozef Avn yeni açıqlama verib. Açıqlamalarda “İsrailin təhdidlərinə qarşı hazırıq” ifadəsindən istifadə edilib.
Avn İsrail-Livan arasında davam edən gərginliklə bağlı “İsrailin təhdid və hədələrinə qarşı hər zaman hazırıq. Lazım olsa, BMT Təhlükəsizlik Şurasının 1701 saylı qərarına uyğun olaraq sabitliyimizi qorumaq üçün hərəkət edərik”-açıqlamasını verib.



