Livan İsrailə müharibə etmək istəmir. Elchi.az xəbər verir ki, Ərəb ölkəsinin informasiya naziri Ziyad Makari RİA Novosti agentliyinə müsahibəsində iki ölkə arasında mümkün hərbi münaqişədən belə danışıb.
“Livan hökuməti müharibə istəmir. Allah eləməsin, bu baş versə, biz bununla bağlı iş görəcəyik”, – deyə nazir bildirib. Onun sözlərinə görə, İsrail Livana qarşı daim təhdidlər edir.
Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu Livana xəbərdarlıq edib ki, Hizbullah hərəkatının fəallaşması və onun İsraillə HƏMAS arasındakı münaqişədə iştirakı dağıdıcı nəticələrə gətirib çıxaracaq.
Havar Şəfiyeva






