Livanda əlində müsəlmanların müqəddəs kitabı “Qurani-Kərim”i tutan Rusiya prezidenti Vladimir Putinin təsviri olan reklam lövhələri peyda olub. Həmçinin lövhələrdə bir yazı var: “Dinlərin keşikçisi və müdafiəçisi”.
Elchi.az bu barədə Smotrim.ru-ya istinadən xəbər verir.
Bu aksiyanın təşkilatçısı “Roslivan” Rusiya-Livan Əməkdaşlıq İdarəsinin rəhbəri Məhəmməd Nəsrəddindir. O, qeyd edib ki, Rusiya prezidenti dinlərlə necə davranmağı bütün dünyaya göstərib. Nəsrəddin vurğulayıb ki, Qərb ölkələri dünyanı insani və dini irqçilik və mənəvi tənəzzül tunelinə atmağa çalışırlar. Məsələn, İsveçdə “Qurani-Kərim”in bir nüsxəsi yandırılıb. Bu addım hökumət tərəfindən təsdiqlənib.
Livanda Məhəmməd Nəsrəddin qeyd edib ki, onlar dinlərlə bağlı mövqeyinə görə Vladimir Putinə minnətdardırlar. Rusiya lideri İsveçdə baş verənləri pisləyib. Xüsusən də, dövlət başçısı Qurban bayramında məscidə gələrək Quranı əlinə alıb və ona hörmətsizliyin cinayət olduğunu qeyd edib.
Yeganə




