Elchi.az xəbər verir ki İngiltərə Premyer Liqasında “Liverpul” səfərdə “Lids Yunayted”i 6:1 hesabı ilə məğlub edib.
Liqanın 31-ci həftəsində ilk hissə 35-ci dəqiqədə Kodi Qakpo və 39-cu dəqiqədə Məhəmməd Salahın qolları ilə Liverpulun 2:0 hesablı üstünlüyü ilə başa çatıb.
Qarşılaşmanın 47-ci dəqiqəsində “Lids Yunayted” Luis Sinisterranın qolu ilə fərqi 1-ə çatdırsa da, 52-ci dəqiqədə “Liverpul”da Dioqo Jota dubl edib.
Matçın 64-cü dəqiqəsində Salah hesabı 4-1, Jota isə 73-cü dəqiqədə hesabı 5-1-ə çatdırıb. Matçın son qolu 90-cı dəqiqədə Darvin Nunesdən gəlib və Liverpul 6-1 hesabı ilə qalib gəlib.
Bu nəticə ilə “Liverpul” Premyer Liqada 47 xalla 8-ci, “Lids Yunayted” isə 29 xalla 16-cı pillədə qərarlaşıb.
Nuranə Məmmədova






