Liviya Milli Sabitlik Hökumətinin rəhbəri, Sirtdə fəaliyyət göstərən Fəthi Başağa ölkədə icra hakimiyyətinin parçalandığını və bunun seçkilərin keçirilməsinə əngəl törədəcəyini açıqlayıb. Elchi.az xəbər verir ki, onun sözlərini RİA Novosti yayıb.
İki hökumətin olmasının başqa bir maneə olacağını da qeyd etdi. “Şübhə yoxdur ki, bu bölgü və onun davamı istənilən mümkün seçki prosesinə mane olacaq”, – Başağa deyib.
O, ədalətli və şəffaf seçkilərin təşkili üçün “demokratiyaya, birliyə, institutların birləşməsinə və təhlükəsizliyin bərpasına inanan milli və beynəlxalq partiyalarla” işləmək niyyətində olduğunu vurğulayıb.
Havar Şəfiyeva





