Sonuncu xəbərə görə; Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb. Qırmızı Xaç da ölkədə sel fəlakətində itkin düşənlərin sayının 10 minə çatdığını açıqlayıb.
Elchi.az xəbər verir ki, “Daniel” qasırğası Yunanıstandan sonra Liviyanı vurub. Sentyabrın 10-da ölkədə baş verən daşqın nəticəsində minlərlə insan həlak olub, minlərlə insan itkin düşüb.
Liviya Milli Birlik Hökuməti sel fəlakətində 6 min insanın öldüyünü, minlərlə insanın itkin düşdüyünü açıqlayıb.
Sentyabrın 10-da Orta Aralıq dənizində təsirli olan və Liviyanın şərqini vuran “Daniel” fırtınası Benqazi, Beyda, Mərc, Suse və Derna şəhərlərində daşqınlara səbəb olub.
Milli Birlik Hökumətinin Baş naziri Əbdülhəmid Dibeybe sel səbəbiylə bir gün əvvəl ölkə daxilində 3 günlük matəm elan etdi və Liviya Prezident Şurası daşqından zərər çəkmiş bölgələr üçün qardaş ölkələr və beynəlxalq qurumlardan kömək istəyib. .
Qırmızı Xaç Liviyada sel fəlakətində itkin düşənlərin sayının 10 minə çatdığını da açıqlayıb. Liviyanın şərq bölgələrində yağıntının miqdarının “son 40 ilin ən yüksək səviyyəsi” olduğu bildirilir.
Şayəstə Hüseynova






