"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Londonda Azərbaycan neftinə görə 700 milyon dollarlıq qalmaqal

20 Oktyabr 2014 - 15:12
in MANŞET

68677_res_01Bu gün Londonda gürcü əsilli keçmiş rusiyalı diplomat Zaur Leşkaşeli ilə İsveçrənin “Credit Suisse” bankı arasında Azərbaycan neftinə görə qalmaqallı məhkəmə prosesi başlayır.

Bunu da oxuyun

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Virtualaz.org saytı “Businessweek” həftəliyinə istinadən xəbər verir ki, Zaur Leşkaşeli bankı Azərbaycanın qurudakı iri neft yataqlarından olan “Kürovdağ”ın ona məxsus 51 faizlik səhmlərini bazar dəyərindən az qala üç dəfə ucuz satmaqda ittiham edir.

İsveçrənin ikinci böyük bankı olan “Credit Suisse”ə qarşı iddia Zaur Leşkaşelinin iki şirkəti tərəfindən 2012-ci ildə təqdim edilib. Bu şirkətlər Azərbaycanın “Kürovdağ” yatağının işlənilməsi və hasilatı üçün Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) ilə müştərək yaradılmış şirkətdə maraqlara malik olublar.

İddiadan məlum olur ki, bu şirkətlər vaxtilə böyük kredit alınması üçün İsveçrə bankında girov qoyulub. Bank isə kredit borclarının əvəzinə girov qoyulmuş “Caspian Energy Group” şirkətini satdıqdan sonra qiymətdən narazı qalan Leşkaşeli bankı müqavilə şərtlərini pozmaqda və səhlənkarlıqda ittiham edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun məzunu olan və bir vaxtlar Rusiyanın Kubadakı səfiri işləyən, hazırda Londonda mənzillənmiş “Mayfair Energy Group” şirkətinin rəhbəri Z.Leşkaşvili deyir ki, o, “Kürovdağ” yatağında 51 faizlik payı 1995-ci ildə əldə edib. O vaxtdan etibarən yatağın inkişaf etdirilməsinə 100 milyon dollara yaxın kapital qoyub. 2006-cı ilin sonlarında o, yataqdakı payını satmaq qərarına gəlib.

Z.Leşkaşelinin bildirdiyinə görə, 2008-ci ildə “Credit Suisse Group AG”nin bankirləri onun şirkətini bazar dəyərindən xeyli aşağı qiymətə inquş əsilli rusiyalı oliqarx, “Russneft” şirkətinin sahibi Mixail Qutseriyevə bağlı olan şirkətə 245 milyon dollara satıb. Onun səhmlərinin alıcısı qismində Qutseriyevin qohumu, moskvalı biznesmen Mixail Şişxanovun adına qeydiyyatda olan “Berghoff Trading” offşor şirkəti çıxış edib.

Məhkəmə sənədlərindən belə aydın olur ki, Z.Leşkaşeli bankı Dubayda mənzillənmiş “Netoil”, Rusiyanın “Gazprom”, habelə “PetroVietnam” və polad maqnatı Lakşmi Mittala bağlı “Tata Petrodyne” kimi daha sərfəli müştərilərin onun şirkətini almaq üçün verdikləri təklifləri nəzərə almayıb. Üstəlik “Kürovdağ”ın M.Şişxanova satılmasından cəmi bir neçə ay sonra bu sövdələşmədə iştirak edən bankirlərdən biri M.Qutseriyevin şirkətində işə keçib.

“Kürovdağ” yatağı

Z.Leşkaşeli hesab edir ki, bankirlər Qutseriyevlə sövdələşməyə girərək onun şirkətini qəsdən ucuz satıblar.

“Mən “Credit Suisse”dən xeyli pul götürmüşdüm ki, neft sferasında investisiyalar proqramımı maliyyələşdirim. Lakin belə məlum olur ki, bank öz maraqlarını müştərinin maraqlarından üstün tutub. Bank öz kreditini geri almaq üçün mənim aktivlərimi məcburən ucuz satıb” – deyə 58 yaşlı Z.Leşkaşeli Londondan “Businessweek”ə açıqlamasında bildirib.

“Credit Suisse” isə iddianı rədd edir və məhkəməyə təqdim etdiyi ifadədə bildirir ki, “Caspian Energy Group” şirkətinin M.Qutseriyevə satışından əvvəl Z.Leşkaşeli üçün daha sərfəli və qəti təkliflər almayıb.

Mixail Qutseriyev

İsveçrə bankının London nümayəndəsi Vanessa Neill məhkəmə işi ilə bağlı şərh verməyib. Eləcə də Qutseriyevin “Russneft” şirkətindən situasiyanı şərh etməklə bağlı telefon zənglərinə cavab verməyiblər.

Z.Leşkaşeli bildirir ki, o, 2006-cı ildə şirkətini satmaq istəyəndə Britaniyanın “RPS Energy” konsaltinq şirkəti “Kürovdağ”dakı aktivlərin dəyərinin 536 milyon dollar olduğunu göstərib. 2007-ci ilin mayında isə aktivlərin bazar dəyəri 966 milyon dollara çatıb.

“Credit Suisse” isə məhkəmə sənədlərində bildirir ki, Z.Leşkaşeli bankda investisiyalar üzrə məsul olan Vadim Benyatov vasitəsilə iş qurub. 2006-cı ildə bank biznesmenə başqa kredit borcunu ödəmək üçün 127 milyon dollar borc verib. Sövdələşməyə görə, bu kredit Z.Leşkaşelinin Azərbaycandakı aktivlərinin satışından əldə olunan vəsait hesabına bağlanmalı idi.

Biznesmenin iddiasına görə, bank “Caspian Energy Group”u satarkən Hindistan və Vyetnam şirkətlərindən daxil olan, ilkin hesablamalara görə, 350 milyon dollardan 1,2 milyard dollara qədər arta bilən təkliflərə məhəl qoymayıb.

Z.Leşkaşeli iddia edir ki, “Credit Suisse” həqiqətən də onun maraqlarından çıxış etsəydi, o, 700 milyon dollar və ya daha çox mənfəət əldə edəcəkdi. İddiaçı bildirir ki, “Credit Suisse” tələsib və başqa, daha sərfəli təklifləri nəzərdən qaçırıb. İddiaya görə, bu təkliflərin ikisində satılan şirkətə 1 milyard dollardan çox qiymət qoyulubmuş.

Özünün elə həmin məhkəməyə təqdim olunmuş cavab iddiasında “Credit Suisse” Z.Leşkaşelinin iddialarını rədd edir. Bank bildirir ki, ona müştəri tapmaq üçün ağlabatan möhlət verilib, lakin bu, baş vermədikdə bank ona olan borcu çıxarmaq üçün şirkəti satmağa məcbur olub.

“Credit Suisse” belə bir iddianı da rədd edir ki, guya bu layihəni 2008-ci ilin fevralından əvvəl 700 milyon dollardan baha qiymətə satmaq mümkün ola bilərmiş.

Z.Leşkaşeli məhkəmə sənədlərində bildirir ki, 2006-cı ildə “Credit Suisse” bankının Mərkəzi və Şərqi Avropa üzrə direktoru olan Vadim Benyatov Rumıniyada dövlət mülkiyyətinin satışında korrupsiya işi üzrə saxlanılıb və onun ölkəni tərk etməsinə qadağa qoyulub. Bu üzdən gürcü biznesmenin şirkətinin satışı ləngiyib. Benyatov Rumıniyadan ancaq 2007-ci ilin avqustunda çıxa bilib. İlk prosesdə Leşkaşelinin aktivlərinin satışı üçün məqbul təklif daxil olmayıb.

Daha sonra “Credit Suisse”dən digər bankir Piter Firman işə qoşulub, ancaq ikinci cəhddə də sərfəli təklif verilməyib. Baxmayaraq ki, ikinci prosesdə Qutseriyevə bağlı digər şirkət “Hecton İnvestment”in Z.Leşkaşelinin şirkətinə 500 milyon dollar təklif etməyə hazır olduğu deyilir. Bildirilir ki, Firman və “Credit Suisse” Z.Leşkaşelinin tapdığı müştərilərlə anlaşa bilməyiblər.

Biznesmenin dediyinə görə, belə müştərilərdən biri də 700 milyon dollar verməyə hazır olan “Qazprom” idi. Lakin bank bildirir ki, satışın birinci turunda Leşkaşeli “Qazprom”la əlaqə yaratmamağı tapşırıb, ikinci turda isə Rusiya şirkəti onun aktivlərini almağa maraq göstərməyib.

Sonda gürcü əsilli biznesmenin Azərbaycandakı neft aktivləri Qutseriyevə 245 milyon dollara satılıb, bu sövdələşmədən bir neçə ay sonra P.Firman “GCM Global Energy Plc” şirkətinə icraçı direktor  gedib.

Z.Leşkaşeli deyir ki, bu detal bankirlərin onun aktivlərini qəsdən ucuz satmaq üçün sövdələşdiyini göstərir. İndi biznesmen İsveçrə bankından 700 milyon tələb edir. Bank isə bu iddianı qəbul etmir və biznesmenə qarşı cavab iddiası qaldırıb.

Virtualaz.org

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Eldar Qasımov yeniliklə gəlir

Next Post

“Güclü rəqiblə döyüşməkdən zövq alıram” – Fariz Məmmədov

Bənzər yazılar

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

Qərb ölkələrinin Ukraynaya qoşun göndərmə istəyi gərginlik yaradır

06 May 2024 - 15:09

Kremlin sözçüsü Dmitri Peskov Qərb ölkələrinin Ukraynaya qoşun yeritmək istəyinin görünməmiş gərginlik olduğunu bildirib və “Bu, xüsusi diqqət və ehtiyat...

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

Tramp Bayden administrasiyasını “Gestapo” ilə müqayisə etdi

06 May 2024 - 14:39

Ağ Ev ABŞ-ın keçmiş prezidenti Donald Trampın hazırkı prezident Co Bayden administrasiyasını Nasist Almaniyasının gizli polis agentliyi Gestapo ilə müqayisə...

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

Bayden: “Tarixin ən qaranlıq dövrü, bir daha heç vaxt”

06 May 2024 - 12:39

Nasist Almaniyasının 1941-1945-ci illər arasında törətdiyi Holokostun anım günündə ABŞ prezidenti Co Bayden soyqırımı "tarixin ən qaranlıq dövrü" kimi qiymətləndirərək,...

Next Post

"Güclü rəqiblə döyüşməkdən zövq alıram" - Fariz Məmmədov

İcra başçısının oğlu yol qəzasında yaralandı

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.