Böyük Britaniyanın Müdafiə Nazirliyi ötən il Qara dəniz üzərində baş vermiş insidentin Qara dəniz üzərində rus qırıcısı tərəfindən az qala vurulmuş Britaniya təyyarəsi ilə bağlı versiyasını təkzib edib. Elchi.az xəbər verir ki, bu barədə Financial Times yazır.
“Bu hesabatlarda qeyri-dəqiqlik var və beynəlxalq hava məkanında baş verənləri əks etdirmir”, – deyə hərbi idarə bildirib.
Aprelin 9-da “The Vashington Post” Pentaqonun və kəşfiyyatın məxfi sənədlərinə istinadən yazıb ki, 2022-ci il sentyabrın 29-da Rusiya qırıcısı Krım yaxınlığında Britaniyanın casus təyyarəsini az qala vurmuşdu.
Havar Şəfiyeva





