"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ
No Result
View All Result
"ELÇİ"
No Result
View All Result

Lordlar Palatasının üzvü: “Ermənistan Azərbaycanla dialoqa yaxın durmalıdır”

24 Mart 2022 - 13:12
in SİYASƏT

“Bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib. Ancaq Ermənistan bu və digər normallaşma təkliflərindən yayınmağa, süründürməçilik etməyə davam edir”.

Bunu da oxuyun

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

Elchi.az-ın xəbərinə görə, bunu Böyük Britaniya Parlamentinin Azərbaycan qrupunun sədr müavini Lord Kilkluni nüfuzlu “PoliticsHome” saytında yazdığı Azərbaycan və Ermənistan arasında post-münaqişə vəziyyətinə dair məqaləsində deyib. O bildirib ki, 2020-ci ildə hərbi əməliyyatlar başa çatdıqdan sonra Azərbaycan münasibətləri normallaşdırmaq və həm azərbaycanlıların, həm də ermənilərin xeyrinə regionun yenidən qurulması ümidi ilə Ermənistana dostluq əlini uzadıb.

“Bu yaxınlarda Azərbaycan Ermənistana hər iki tərəfin yekun sülh sazişi hazırlamağa başlaya biləcəyi beş prinsip təklif edib. Ancaq Ermənistan bu və digər normallaşma təkliflərindən yayınmağa, süründürməçilik etməyə davam edir. Ermənistan Azərbaycandan gələn təklifi qəbul etməli və beynəlxalq prinsiplər, o cümlədən ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının tanınması əsasında tam normallaşmaya nail olmaq üçün ciddi və əsaslı dialoq aparmalıdır. Burada Böyük Britaniya da hər iki tərəfi müsbət və konstruktiv şəkildə məşğul olmağa təşviq edərək, bu normallaşmaya töhfə vermək üçün əlindən gələni etməlidir”.

Lord Kilkluni məqaləsində Ermənistanın 2020-ci ildə üç ölkə arasında imzalanan sazişi pozaraq regional nəqliyyat marşrutlarının və Zəngəzur dəhlizinin açılmasına mane törətməyə davam etdiyini də bildirib: “Mən Böyük Britaniyanın maraqları üçün həyati əhəmiyyət kəsb edən Cənubi Qafqaz regionunun yenidən qurulması cəhdlərini qətiyyətlə dəstəkləyirəm. Rusiya və Ukrayna arasındakı gərginlik, Ermənistan və Azərbaycan arasında olan münaqişə də daxil olmaqla, davamlı həll yollarının yaradılmasının vacibliyini nümayiş etdirir”.

Lord Kilkluni Ermənistanın partlamamış qurğular nəticəsində onlarla mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan dəqiq mina xəritələrini və digər müvafiq məlumatları Azərbaycana təqdim etmədiyini xatırladıb. O bildirib ki, bu beynəlxalq humanitar hüquq öhdəliklərinin açıq şəkildə pozulması deməkdir. Lord Kilkluni qeyd edib ki, Ermənistan Azərbaycanın 1990-cı illərdəki hərbi əməliyyatlardan sonra itkin düşmüş 4 000 azərbaycanlının yeri ilə bağlı məlumatların bölüşdürülməsi tələblərinə də susurlar.

Məqalədə həmçinin 1990-cı illərdə Ermənistan və Azərbaycan arasında hərbi münaqişələr haqqında da məlumat verilib. Bildirilib ki, bu münaqişələr Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinə, o cümlədən Dağlıq Qarabağa genişmiqyaslı hərbi müdaxiləsi nəticəsində baş verib.

Lord Kilkluni məqaləsində 1992-ci ilin fevralında Xocalı şəhərində 600-dən çox insan, o cümlədən qocalar və uşaqlar da daxil olmaqla, dinc əhali vəhşicəsinə qətlə yetirildiyini qeyd edib. Bildirib ki, bu da Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində həyata keçirdiyi sistematik etnik təmizləmə siyasətini əks etdirir: “Ermənilərin hərbi təcavüzü nəticəsində bir milyona yaxın azərbaycanlı öz yurd-yuvasını tərk edərək öz ölkələrində məcburi köçkün vəziyyətinə düşməyə məcbur olub”.

O bildirib ki, Ukraynadakı hazırkı vəziyyət Ermənistan-Azərbaycan münaqişəsinin davamlı həllinin vacibliyini nümayiş etdirir.

“Ərazi bütövlüyünün və suverenliyinin qorunmasına tam sadiq bir ölkə kimi Azərbaycan Ukrayna xalqını 10 milyon avrodan çox dəyərində həyati vacib tibbi ləvazimatlarla təmin etməklə yanaşı, Ukrayna və Rusiya arasında birbaşa danışıqların Bakıda keçirilməsini təklif edib. Bu, Rusiyanın Cənubi Qafqazdakı ən yaxın müttəfiqi olan, öz ərazilərində iki Rusiya hərbi bazasına ev sahibliyi etməkdə davam edən Ermənistanın siyasəti ilə kəskin ziddiyyət təşkil edir”, – deyə məqalədə qeyd edilib.

Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi Saytlarin yigilmasi, saytlarin hazirlanmasi
Previous Post

Azərbaycanlı boksçu Avropa çempionatındakı qələbəsini şəhidlərə həsr edib

Next Post

Ukrayna Rusiyanın desant gəmisini məhv edib – VİDEO

Bənzər yazılar

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

06 May 2024 - 21:35

Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. Elchi.az  xəbər verir ki, bu barədə Çexiyanın xarici işlər...

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlığı müzakirə edilib

06 May 2024 - 21:17

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Maltanın xarici işlər naziri və ATƏT-in fəaliyyətdə olan sədri Yan Borq arasında telefon...

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

ABŞ səfiri Cıdır düzündən müraciət yaydı – Video

06 May 2024 - 15:32

Şuşada olduğuma görə xoşbəxtəm. Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Azərbaycandakı səfiri Mark Libbi Şuşa şəhərinə səfəri ilə bağlı təəssüratlarını...

Əli Əsədov Qaribaşvili ilə görüşdü

Əli Əsədov qərar imzaladı

06 May 2024 - 13:51

Daimi arbitraj təşkilatının akkreditasiyası və akkreditasiyasının ləğvi qaydası təsdiqlənib. Elchi.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar...

Next Post
Ukrayna Rusiyanın desant gəmisini məhv edib – VİDEO

Ukrayna Rusiyanın desant gəmisini məhv edib - VİDEO

Ərdoğan Makronla görüşüb

Ərdoğan Makronla görüşüb

Fevral 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
232425262728  
« May    
Facebook

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
    • SİYASƏT MANŞET
  • GÜNDƏM
  • CƏMİYYƏT
    • CƏMİYYƏT MANŞET
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
  • +
    • BÜTÜN XƏBƏRLƏR
    • SEÇMƏ
    • ÖNƏMLİ

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.