Elchi.az xəbər verir ki, Çinin Quanqsi Çjuan Muxtar Prefekturasında lotereya qalibi ailəsinin təkəbbürlü və tənbəl olacağından qorxduğu üçün 30 milyon dolları ailəsindən gizlədəcək.
Çinin Quanqsi Çjuan Muxtar Prefekturasında anonim şəxs ədədi lotereya uduşu üçün aldığı 40 biletin üzərində eyni 7 rəqəmi qeyd edib. Nəticələr açıqlandıqdan sonra 80 yuana (11 dollar) 40 biletdən 30 milyon dollar qazanan şəxs kimliyini gizli saxlamaq üçün cizgi filmi personajı kostyumu geyinərək mükafatı almağa gəlib. Ailəsinin təkəbbürlü və tənbəl olacağından narahat olduğu üçün mükafatı gizlədəcəyini dilə gətirən şanslı, “Həyat yoldaşıma və uşağıma demədim. Onların özlərini başqa insanlardan üstün görmələrindən narahatam” dedi. Gələcəkdə çox çalışmayacaq”. Daha əvvəl lotereyadan kiçik məbləğlər qazandığını bildirən şəxs, “Mən hobbi olaraq rəqəmsal lotereya biletləri alıram və ailəm bu vəziyyətə əhəmiyyət vermir. Həmçinin çox pul xərcləmirəm və rəqəmsal lotereya mənə bir ümid işığı verir”. Lotereya qalibi əlavə edib ki, pulu necə qiymətləndirəcəyi ilə bağlı hələ plan qurmayıb. Mükafatın 5 milyon yuanını xeyriyyə təşkilatlarına bağışlayan şəxsin vergi endirimindən sonra 24 milyon dolları (171 milyon yuan) qalıb. /haberglobal.com.tr
Şayəstə




