“Belarus və Rusiyanın birliyi qapalı klub deyil, Minsk bütövlükdə Aİİ-nin inkişafında maraqlıdır”.
Elchi.az Ria.ru-ya istinadən xəbər verir ki, bu fikirləri Belarus prezidenti Aleksandr Lukaşenko Ufada keçirilən iki ölkənin regionlarının X konfransının iştirakçılarına videomüraciətində bildirib.
“Bu gün Belarus və Rusiya regionlarının konfransı İttifaq dövlətinin hüdudlarından kənara çıxmalı, Müstəqil Dövlətlər Birliyi, ŞƏT, BRCHCH, AAPA və bizimlə dost olmağa və işləməyə hazır olanların hamısı ilə əməkdaşlığı aktivləşdirməlidir. Biz konfrans platformasını regionlararası ideyaların, layihələrin və təşəbbüslərin yaradılması mərkəzinə çevirməliyik. Mən çıxış edəndə tez-tez deyirəm ki, Belarus və Rusiya birliyi qapalı klub deyil. Biz heç kimə qarşı birləşmirik. Belarusiya bütövlükdə bütün Avrasiya regionunun inkişafında maraqlıdır”, – deyə Belarus rəhbəri bildirib.
Lukaşenko qeyd edib ki, əgər Qərbi Avropa tərəfdaşları birdən-birə ümumi iqtisadi tarazlıq və qarşılıqlı faydalı əməkdaşlıq prinsipini dəstəkləmək qərarına gəlsələr, o zaman Minsk və Moskva oxşar birgə tədbirlərin əleyhinə deyillər.
Yeganə






