Belarus Prezidenti Aleksandr Lukaşenkonun ailə üzvləri uşaqların Ukraynadan deportasiyası ilə məşğul olub.
Elchi.az xəbər verir ki, bu barədə “Belarusian Investigative Center” məlumat yayıb.
Məlumata görə, uşaqlar Rusiya Prezidenti Vladimir Putin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun tapşırığı ilə Belarusa aparılır.
Uşaqların köçürülməsi ilə Belarus dəmir yolları, bir sıra xeyriyyə fondları, o cümlədən belarus paralimpiyaçı Aleksey Talaya məxsus “Talay Fondu” məşğul olur. Talayın rəhbərliyi altında ukraynalı uşaqlar Belarusda ideoloji tərbiyə alırlar.
Fond uşaqların Belarusa aparılması ilə bağlı yazıb ki, proses Prezident İdman Klubunun rəhbəri, Belarus liderinin böyük oğlu Dmitri Lukaşenkonun dəstəyi ilə təşkil olunub.
Ukraynalı uşaqların köçürülməsində iştirak edənlərdən biri də Dmitrinin baldızı Tatyana Kulakovanın əri Vladimir Kulakovdur.






