Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, o, özü də kosmosa uçmaq istərdi, lakin başqa namizədi var.
Elchi.az xəbər verir ki, Lukaşenko bu gün rusiyalı həmkarı Vladimir Putinlə danışıqlardan sonra jurnalistlərin özünü astronavt kimi sınamaq istəyib-istəməyəcəyi sualına “əlbəttə istərdim” cavabını verib.
“Əvvəllər düşünürdüm ki, “böyük qardaş” (Putini nəzərdə tutub) məni kosmosa göndərə və geri qaytarmaya bilər. İndi artıq belə düşünmürəm. Ona görə də kosmosa uçmaq istərdim, amma şəxsən mənim göndərəcəyim biri var. Mən bu məsələni düşünəcəm”, – deyə Belarus prezidenti zarafat edib.




