Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ABŞ-ın vəziyyəti gərginləşdirməsi Rusiyanı ekstremal tədbirlərə sövq edir.
Elchi.az xəbər verir ki, Lukaşenko bu barədə respublika başçısının mətbuat xidmətinə yaxın olan “Pul First” Telegram kanalına istinadən məlumat yayıb.
“İntensivləşmə, eskalasiya onların qırmızı düyməni çıxarıb masaya qoymasına gətirib çıxaracaq”, – Belarus lideri Vaşinqtonun Moskvanı ekstremal tədbirlərə sövq etməsi barədə deyib.
Sentyabrın 19-da Lukaşenko bildirib ki, bu gün Rusiyada Belarusa həmişəkindən çox tələbat var. Onun sözlərinə görə, respublikanın çox böyük texnoloji imkanları var. O, sənaye nəhənglərini qoruyub saxlamağa, eləcə də elmi sənayeni uğurla inkişaf etdirməyə nail olub”, – deyə prezident vurğulayıb.
Nuranə Məmmədova





