Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı hərbi əməliyyatların gedişini müzakirə edib, onun hədəflərinin sona qədər yerinə yetiriləcəyini söyləyib.
Elchi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
“Lukaşenko Rusiyanın addımlarına dəstək ifadə edib, tərəflər Rusiya-Ukrayna danışıqlarını da müzakirə edib”, – açıqlamada deyilib.
***
13:50
Belarus Prezidenti Aleksandr Lukaşenko bu gün Rusiya Prezidenti Vladimir Putinlə 2 saat telefonla danışdığını bildirib.
Elchi.az TASS-a istinadən xəbər verir ki, o, Rusiya Prezidenti ilə Ukrayna müharibəsini və sanksiyaları müzakirə edib.
O, Ukraynadakı müharibənin bitəcəyini, amma sanksiyaların uzun müddət qalacağını da əlavə edib.
“Bəzi qüvvələr Belarusu Ukraynadakı müharibəyə cəlb etmək istəyir, amma Belarus öz qüvvəsi hesabına dövlət sərhədini toxunulmaz saxlayır”, – deyə o qeyd edib.
O, həmçinin Belarus qanunvericiliyinin qəbul olunan yeni Konstitusiyaya 2 il ərzində uyğunlaşdırılacağını əlavə edib.






