Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ruslar səriştəli və effektiv döyüşmək bacarığı nümayiş etdirirlər, Ukrayna Silahlı Qüvvələri Rusiya müdafiəsinin ön xəttinə belə yaxınlaşa bilmirlər.
Elchi.az Vesti.ru-ya istinadən xəbər verir ki, Lukaşenko bu barədə “60 dəqiqə” verilişinin aparıcısı Olqa Skabeyeva ilə eksklüziv müsahibəsində deyib.
“Onlar indi necə döyüşürlər! Onlar (Ukrayna Silahlı Qüvvələri)hətta Rusiya müdafiəsinin ön xəttinə belə çatmırlar”.
Lukaşenkonun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələrinin iyunun 4-5-də əks-hücum əməliyyatı başlayandan bəri ukraynalılar arasında 40 mindən az hərbi personalı həlak olub, 100 mindən çoxu yaralanıb.
Yeganə




