Lukaşenko bildirib ki, Ukrayna ilə Qərb arasında münasibətlər çatlayıb.
Elchi.az xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, o, Ukraynanın Qərblə münasibətlərində münaqişə görür.
– Bütün sərhədi bağladılar, bu gün daha da çox. Onlar beyinsiz siyasət yürüdürlər”, – Lukaşenko cümə axşamı Minskdə MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat orqanlarının iclasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə görüşü zamanı deyib.
Lukaşenko vurğulayıb ki, hər kəs müxtəlif ölçülü səhvlər edir, əsas odur ki, vaxtında dayansın. Lakin Zelenski dayanmaq istəmir.
Belarus prezidenti bildirib ki, Zelenskiyə ilk qarışıqlıqda unudulacağı ilə bağlı xəbərdarlıq edib. Və belə də oldu. İndi də əlini uzadıb gedir.
Şayəstə Hüseynova






