Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin yalnız Ukrayna Belarusa hücum edəcəyi təqdirdə müharibəyə girəcəyini bildirib.
Elchi.az xəbər verir ki, Lukaşenko jurnalistlərə Belarusun Ukraynadakı müharibə ilə bağlı mövqeyini açıqlayıb.
Belarus torpaqlarından Ukraynada ruslarla döyüşməsinin tək bir hal olacağına işarə edən Lukaşenko, “Ukraynadan bir əsgər mənim xalqımı öldürmək üçün Belarus torpaqlarına gəlsə, ruslarla birlikdə döyüşəcəyik. Əgər onlar Belarusa hücum etsələr, cavab çox sərt olacaq və müharibə tamam başqa xarakter alacaq”. ifadəsini işlədib.
Lukaşenko bu vəziyyətin təkcə Ukrayna üçün deyil, digər qonşu ölkələr üçün də keçərli olduğuna diqqət çəkib.
“Biz müharibə istəmirik”
Lukaşenko deyib: “Biz müharibə istəmirik. Onlar Belarus ərazisinə oradan hücum etməsələr, biz heç bir halda qoşunlarımızı Ukraynaya göndərməyəcəyik”.
Hər müharibənin sülhlə bitdiyini vurğulayan Lukaşenko Ukraynadakı müharibənin dərhal bitməsini istəyib.
Ukrayna üçün əlverişli şəraitin olduğunu vurğulayan Lukaşenko, müharibənin bitməsi üçün hər kəsin Ukraynanı dəstəkləyəcəyini və bu dəstəyi ilk olaraq özünün verəcəyini qeyd edib.
Şayəstə





