Belarus prezidenti Aleksandr Lukaşenko Ukrayna prezidenti Volodimir Zelenskinin SSRİ-nin birinci prezidenti Mixail Qorbaçovun taleyi ilə üzləşəcəyinə əmin olduğunu bildirib.
Elchi.az-ın Mk.ru-ya istinadən xəbərinə görə, Lukaşenko bu barədə “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
O, qeyd edib ki, Kiyev rejiminin irəli sürülən elitası döyüşmək istəməyən insanların, o cümlədən hərbçilərin əzici əksəriyyətinin iradəsinə məhəl qoymur:
“O, (Zelenski) indi “qəhrəmandır”. Dünyanı dolaşır, onu öpürlər, orada qucaqlayırlar…Bizdə Qorbaçov nümunəsi var. Zelenskinin də taleyi Qarbaçovla eyni olacaq”.
Yeganə





