“159.9 min məcburi köçkün ailəsi arasında Böyük Qayıdışın reallaşması ilə əlaqədar sorğular həyata keçirilib”.
Elchi.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatına əksini tapıb.
“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 25 yanvar tarixli 75s nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər planı”na uyğun olaraq, respublikanın 63 şəhər və rayonu ərazisində yaşayan 617.5 min nəfərdən ibarət 159.9 min məcburi köçkün ailəsi arasında Böyük Qayıdışın reallaşması ilə əlaqədar sorğular həyata keçirilmişdir”, – hesabatda qeyd olunub.






